UEFA reytinqi – Qazaxıstan Azərbaycandan uzaqlaşdı
26.10.2018 , 10:14

Avropa Liqasının qrup mərhələsinin III turundan sonra UEFA reytinqi açıqlanıb. Baş tutan 24 matç cədvəldə iki yerdəyişməyə səbəb olub.
Təmsilçiləri uğurlu çıxış edən Belçika Ukraynanı arxada qoyaraq 8-ci yerə yüksəlib. Azərbaycanla eyni xala malik olub, əlavə gösəricilərə görə öndə qərarlaşan Qazaxıstan isə ölkəmizdən uzaqlaşıb. Sonuncular İsraili keçməklə 25-ci sıraya qalxıb.
Mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ”ın qrupda ardıcıl 3-cü məğlubiyyəti alması Azərbaycanın xal aktivini dəyişməz saxlayıb. Son 5 mövsümün nəticələrinə əsasən hesabında 18,500 xal olan Azərbaycanın Avropada 27-cidi. Bunun 1,875-i cari mövsüm əldə edilib.
