Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
Ölkəmiz əvvəlki kimi yenə 55 ölkə arasında 22-cidi.
Əvəzində bizə qonşuluqda olan ölkələr arasında dəyişiklik baş verib. Belə ki, siyahıda izləyicimiz artıq Şotlandiya yox, İsveçdi. 21-ci pillədə olan Rumıniyanın isə mövqeyi dəyişməsə də, “Styaua”nın qələbəsi sayəsində ölkəmizlə arasındakı fərqi daha da artırıb. Ümumilikdə isə Azərbaycanın qonşuluğunda olan ölkələrin xal cədvəli belədi:
21. Rumıniya – 19.050
22. AZƏRBAYCAN – 18.625
23. İsveç – 17.975
24. Belarus – 17.875
25. Şotlandiya – 17.625
Qeyd edək ki, ölkəmiz cari mövsümdə 3.875 xal toplayıb. Onun 2.125-i “Qarabağ”ın, 0.750-i “İnter”in, 0.625-i “Zirə”nin 0.375-i isə “Qəbələ”nin payına düşür.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
