Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb.
Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiya təmsilçilərinin turnirdə mübarizəni dayandırması Azərbaycanın işinə yarayıb. 23-cü sırada olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçisini itirdiyindən mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Düzdür, Bolqarıstan Azərbaycana çatıb. Lakin əlavə göstəricilərdə 23-cü yerdə ölkəmiz qərarlaşıb və bu mövqe mövsümün sonunadək dəyişməyəcək.
Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.975 xalı var.
