UEFA reytinqi: Azərbaycan xal hesabını açdı
13.07.2022 , 10:38

“Qarabağ” ÇL-in I təsnifat mərhələsinin cavab matçında Polşa “Lex”ini məğlub edərək UEFA reytinqində Azərbaycanın xal hesabının artmasına səbəb olub.
Korner.az-ın məlumatına görə, qazanılan qələbə sayəsində ölkənin aktivinə 0,250 xal gətirib.
Lakin Azərbaycan son 5 mövsüm üzrə xal sayını 12,875-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. Səbəb 13,750 xalla 28-ci yerdə gedən Polşanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Lexiya” və “Poqon”un elə I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, ilk görüşlərini qələbə ilə başa vurmalarıdır. Azərbaycanın bu turnirdəki təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.
