UEFA İntizam Komitəsi “Real”ın futbolçusu Xabi Alonsonun cəzasının ləğv olunması ilə bağlı müraciətini müsbət cavablandırmayıb.
Korner.az-ın məlumatına görə, UEFA rəsmi saytından təcrübəli oyunçunun cəzasının qüvvədə qaldığını açıqlayıb. Bununla da X.Alonsonun UEFA Superkubokunda avqustun 12-i baş tutacaq “Sevilya” ilə matçda iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, X.Alonso ötən mövsüm Çempionlar Liqasının finalında “Atletiko” ilə matçda (4:1) “Real”ın ikinci qolundan sonra meydana daxil olduğu üçün bir oyunluq cəzalandırılıb.
