Mayın 5-dən 21-dək Bakıda keçirilən UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak edən milli komandalar üzrə turnirlərin rəhbəri Lens Kelli yarış barədə fikirlərini bildirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, təşkilatçılığı yüksək qiymətləndirib:
“Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”.
