Xatırlayırsızsa, bu ilin aprelində idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev “affa.az” saytına açıqlamasında Premyer Liqanın bir sıra oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olduğunu demişdi. Hətta belə halları araşdırmaq və şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılmışdı. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edərək, onların rəylərini də nəzərə almaqla müvafiq qərar qəbul etməli, araşdırmalar başa çatdıqdan sonra isə nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat verməli idi. Aradan iki aydan da çox vaxt keçsə də, məsələyə qayıdan olmamışdı. Bu səbəbdən AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Qrum rəsmisinin Korner.az-a verdiyi açıqlamada məlum oldu ki, bu müddət ərzində hər hansı irəliləyişə nail olunmayıb: "Hələ ki yeni bir məlumat yoxdu. Araşdırmalar davam edir".
Mövzunu davam etdirəcəyik.
