UEFA rəsmən açıqladı: “Ayaks”ın qolu haqlı olaraq qeydə alınmayıb
14.02.2019 , 10:12

Çempionlar Liqası 1/8 final mərhələsində “Real” səfərdə “Ayaks”la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 38-ci dəqiqəsində “Ayaks”ın futbolçusu Nikolas Talyafiko fərqlənib. Lakin qol hakimlərin VAR qərarından sonra qeydə alınmayıb. Bununla bağlı UEFA rəsmi bəyənat yayıb. Bəyanatda deyilir: “Ayaks” – “Real” oyunun 38-ci dəqiqəsində Nikolas Talyafiko VAR-a baxıldıqdan sonra qeydə alınmayan qol vurub. Hakim Talyafikonun komanda yoldaşı Duşan Tadiçin oyundan kənar vəziyyətdə olduğunu aşkar edib. Futbolçu qapıçının sərbəst hərəkətinə mane olub. Bu səbəbdən vurulan qolun qeydə alınmaması düzgün qərardır, oyundan kənar vəziyyətə görə isə sərbəst zərbə təyin edilib”
Hər iki komanda arasında cavab oyunu mart ayının 5-də keçiriləcək.
