UEFA İsrail ərazisində beynəlxalq oyunlara qadağanı ləğv edib.
Korner.az-ın məlumatına görə, qadağa iyul ayında regiondakı siyasi vəziyyətə görə tətbiq edilmişdi. İsrail klubları ev oyunlarını başqa ölkədə keçirirdilər.
İsrail yığmasının növbəti ev oyunu noyabrın 16-na təsadüf edir. Həmin gün artıq doğma meydanda onlar Bosniya və Hersoqovinanı qəbul edə biləcəklər.
