UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Dnepr”ə cəza tətbiq edib.
Korner.az-ın məlumatına görə, buna Ukrayna təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda “İnter”lə matçda irqçi şüarlar səsləndirməsi və məşəl yandırması səbəb olub. Buna görə də “Dnepr”in növbəti – “Qarabağ”la matçında stadionun B 41 sektoruna azarkeş buraxılmayacaq. Bundan başqa, həmin sektora “Rasizmə yox” banneri yerləşdirəcək.
“Dnepr” həmçinin UEFA-ya 24 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.
