UEFA “Qarabağ” oyununun saatını açıqladı
25.06.2019 , 12:11

UEFA “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə ilk oyununun başlama saatını açıqlayıb.
Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 10-da Tiranada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.
