UEFA "Qalatasaray"ın qarşısına şərt qoyub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ali Futbol Qurumu komandanın meydanının ot örtüyündə yaşanan problemlərin təkrarlanmamasını tələb edib.
UEFA-dan bildirilib ki, əgər stadionun öt örtüyündəki problemlər yenə yaransa, klubun ev oyunlarını başqa stadionda keçirməklə bağlı qərar veriləcək.