UEFA “Qalatasaray” klubunu 70 min avro cərimələyib.
Korner.az xəbər verir ki, buna səbəb Çempionlar Liqası çərçivəsində oynanılan “Borussiya Dortmund” – “Qalatasaray” oyununda rəqib azarkeşlərinin stadionda törətdiyi hərəkətlər olub.
“Qalatasaray” azarkeşlərinin stadiona vurduğu maddi ziyanın aradan qaldırılması məqsədiylə “Borussia Dortmund” klubuna da pul ödəməlidir.
“Borussiya Dortmund”da cəzadan qaça bilməyib. Belə ki, meydan sahibləri təhlükəsizliyi yaxşı təşkil edə bilmədikləri üçün 32 min avro cəzalandırılıb.
