UEFA yeni qərarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Avropa futbol qrumu qarşılaşma zamanı meydanda yıxılıb, halı pisləşən futbolçu üçün hakimlərə 3 dəqiqə matçları dayandırma səlahiyyətini verib. Futbolçuya meydanda müdaxilə edilməsi və ya təcili olaraq xəstəxanaya aparılması lazım olan ciddi vəziyyətlərdə vaxt uzadılacaq.
Beləcə, FIFA Sağlamlıq Qurumunda da qəbul edilən və icra heyəti təsdiqini gözləyən yeni tətbiq, ilk dəfə UEFA tərəfindən həyata keçiriləcək.
