UEFA Bakının Avro-2020 ilə bağlı namizədliyini qəbul edib.
Korner.az-ın məlumatına görə, 6 ildən sonra baş tutacaq qitə birinciliyinin oyunlarına ev sahibliyi edəcək 13 şəhərdən biri də Azərbaycan paytaxtı olacaq. Bakıda Avro-2020-nin 4 oyunu keçiriləcək. Bunlardan üçü qrup, biri isə 1/8 final mərhələsinin oyunu olacaq.
Bakının qəbul edəcəyi qrup oyunlarının digər 3 görüşü də Buixarestdə baş tutacaq. Bu da səbəbsiz deyil. Çünki digər namizəd şəhərlərlə müqayisədə Bakıya ən yaxın məsafədə yerləşən məhz Rumıniya paytaxtıdır. Bakıdan Buxarestə təyyarə ilə uçuş 3 saatdır.
Xatırladaq ki, UEFA Avro-2020-nin oyunlarını qəbul edəcək 13 şəhərin adını rəsmən sentyabrın 19-da açıqlayacaq.
(Futbolxeber.com)
