Avroliqanın II təsnifat mərhləsinin cavab görüşü çərçivəsində “Qəbələ”nin Serbiya “Çukariçki”si, “İnter”in “Hafnarfyordur” ilə baş tutacaq oyununun başlama saatı açıqlanıb.
Korner.az-ın məlumatına görə, “Qəbələ”nin Azərbaycandakı cavab matçı iyulun 23-ü, saat 21:00-da başlayacaq.
Qarşılaşmanın hansı stadionda oynanılacağı dəqiqləşməyib.
“İnter”in də İslandiya klubu ilə “İnter Arena”dakı cavab matçı 21:00-da başlayacaq.
