UEFA Pro lisenziyası təqdim olundu
18.04.2023 , 16:59

“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal UEFA-nın Pro kateqoriyasına layiq görülüb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Pro kateqoriyalı məşqçi kurslarının təlimatçısı Aslan Kərimov müvafiq məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş Hakan Sünala diplom və lisenziyanı təqdim edib.
