UEFA prezidenti Mişel Platini "Fənərbağça"nı Avropa Liqasındakı əvəzliyicisi barəsində açıqlama verib.
Korner.az–ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropanın ali futbol qurumunun rəhbəri "Fənərbağça"nı Türkiyə klubunun əvəzləməsinin çətin məsələ olduğunu bildirib:
"Hələlik heç bir qərar verilməyib. Bu günki iclasdan sonra hər şey bəlli olacaq. "Fənərbağça"nı türk klubunun əvəz etməsi çətin məsələdir. Düşünmürəmki. yeni qərarda "Fənərbağça"nı Türk klubunun əvəzləməsi barəsində qərar qəbul olunsun"
Platinin bu açıqlamasından sonra azərbaycanlı futbol azarkeşləri UEFA-nın yeni qərarını və bugün qeydə alınacaq nəticələri səbrsizlə gözləməyə başlayıblar. Belə ki, qərara əsasən Avropa Liqasınında "Fənərbağça"ya məğlub olan klub əvəz olunmalıdır. "Zalsburq" Avropa Liqasının pley-off mərhələsini keçdiyi təqdirdə, "Sarı-Lacivərtlilər"i bu il bu turnirin seçmə mərhələsində ən yaxşı nəticə əldə etmiş klubu əvəz etməlidir. Bu zaman "Qarabağ"ın şansları daha da artır. Çünki bu mövsü seçmə mərhələdə ən yaxşı nəticə əldə edən 2 klub varki, bunla Serbiyanın "Voyvodina" və Azərbaycanln "Qarabağ" klublarıdır. Əgər bugün "Voyvodina" mərhələni keçməyi bacarsa, "Qarabağ" qrup mərhələsində iştirak etmək şansı əldə edə bilər. Əlbətdəki, bu hadisə UEFA tərəfindən təsdiqləndikdən sonra ola bilər.
