UEFA prezidenti xəbərdarlıq etdi
03.04.2019 , 12:14

UEFA prezidenti Aleksandr Çeferin irqçi çıxışlarla bağlı azarkeşlərə xəbərdarlıq edib.
Ali qurum rəhbəri bundan sonra çirkin çıxışlar olduğu zaman oyunların dayandırılacağını deyib
“Hakimlərə sərt xəbərdarlıq edilib. Bundan sonra UEFA bayrağı altında keçiriləcək oyunlarda irqçi çıxışlar olsa, oyunlar dərhal dayandırılacaq. Biz belə çirkin şeylərlə mübarizə aparmalıyıq.”
