Çempionlar liqası

UEFA Poçettinonu cəzalandırdı

18.05.2019 , 15:00

UEFA  “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinoya bir oyunluq şərti cəza tətbiq edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Çempionlar Liqasının yarımfinalında “Ayaks”la ilk matça (0:1) gecikməsi səbəb olub. Bu hal qarşıdakı bir il ərzində təkrarlansa, şərti cəza qüvvəyə minəcək. Beləliklə, argentinalı mütəxəssis ÇL-in finalında “Liverpul”la görüşü buraxmayacaq.

Poçettinonun hərəkətinə görə klub isə 10 min avro məbləğində cərimələnib. (qol.az)

Son yazılar

Yuxarı