Avropa Liqasının qrup oyunları çərçivəsində "Partizan"la matçda yaranmış qalmaqalla bağlı "Neftçi" UEFA-ya şikayət edəcək.
Korner.az-ın məlumatına görə, sözügedən məlumatı Rusiya mətbuatı yayıb. Oyunboyu "Neftçi"nin futbolçusu Saşa Stamenkoviçi təhqir edən serb azarkeşlər qarşılaşmanın gedişində “Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib” yazılı pankart açmışdılar. Əgər bu plakat təkcə Saşaya deyil, Julius Vobaya da ünvanlanıbsa, onda “Partizan” meydan sahibi kimi cəzalandırıla bilər. Hətta bu cəzanın texniki məğlubiyyətdən ibarət ola biləcəyi də, istisna deyil.
