UEFA “Olimpiakos”u cəzalandırdı
11.01.2019 , 16:39

UEFA Yunanıstanın “Olimpiakos” klubunu cəzalandırıb.
Cəzaya səbəb Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Milan”la keçirilən oyunda Pirey təmsilçisinin azarkeşlərinin stadionu alovlandırması olub.
Komanda növbəti ev oyununu boş tribunalar önündə keçirəcək. Cəza Kiyev “Dinamo”su ilə 1/16 finalın fevralın 14-dəki duelinə tətbiq ediləcək.
Qeyd edək ki, “Olimpiakos” həmçinin 90 min avro cərimələnib.
