Futbol

UEFA-nın yeni turnirinin adı müəyyənləşdi

12.09.2019 , 22:04

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turnirinin adı müəyyənləşib.

Korner.az xəbər verir ki, turnir Konfrans Liqası adlandırılacaq. Konfrans Liqasının 2021/22 mövsümündən etibarən başlaması nəzərdə tutulub. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi ehtimal olunur. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda üçüncü olan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Son yazılar

Yuxarı