Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişiklik baş verib
İlk pillədə qərarlaşan ölkələr – İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin qələbəsi bu ölkələrin xal hesabını artırıb.
23-cü pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. 19.125 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda İsveçdən sonra gəlir. Azərbaycan Serbiya, Qazaxıstan, Sloveniya, Norveç kimi ölkələrdən də öndədir.
