UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, 450 komandanın yer aldığı siyahıda 7 klubumuz yer alıb.
Ən yaxşı göstərici yenə "Qarabağ"a məxsusdu. Ağdam təmsilçisi ötən ayla müqayisədə 4 pillə geriləyərək 5.608 xalla 227-ci yeri tutur.
“Bakı” 3.858 balla 269-cu, Avroliqadakı təmsilçimiz “Neftçi” 3.608 balla 285-ci, “İnter” 3.358 balla 296-cı, “Xəzər Lənkəran” 2.858 xalla 326-cı, AZAL və “Simurq” 1.858 balla müvafiq olaraq 376 və 377-ci yeri tutur.
Siyahıya yenə "Barselona" başçılıq edir. Ikinci yerdə “Mançester Yunayted”, üçüncü pillədə isə “Bavariya” qərarlaşıb.
