UEFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın uefa.com-a istinadən verdiyi məlumata görə, cədvəldə 54 milli komanda yer alıb.
Azərbaycan yığması siyahının 42-ci pilləsində yer alıb. Komandamızın hesabında 13941 xal var.
Qeyd edək ki, cədvələ Almaniya başçılıq edir. Onların aktivində 27966 xal var.
