UEFA-nın və Madrid “Real”ının fəxri prezidenti Alfredo Di Stefano 86 yaşında ailə qurmağı planlaşdırır.
Korner.az-ın məlumatına görə, əfsanəvi futbolçu mayın 4-də 36 yaşlı katibəsi Cina Qonsaleslə evlənəcək.
İspaniya millisinin sabiq futbolçusunun övladları bu evliliyə qarşı çıxsalar da, 8 ildi dul qalan Di Stefano bu etirazlara baxmayaraq öz bildiyini edir.
Qeyd edək ki, Cina Qonsales təkcə katibə yox, vəkil və “Marca” nəşrinin idman jurnalistidir. O, Alfredo Di Stefano ilə 2007-ci ildə dahi futbolçu barədə bioqrafiya yazdığı vaxt tanış olub.
