Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gecə keçirilən və 31-ci dəqiqəsində şiddətli qar yağışı səbəbilə təxirə salınan matçın qalan dəqiqədən davam etdiriləcəyi dəqiqləşib.
Korner.az-ın “NTV spor” telekanalına istinadən məlumatına görə, hazırda matçın sabah saat neçədə davam etdiriləcəyiylə bağlı müzakirələr gedir.
UEFA-nın rəsmi saytı artıq qarşpılaşmanın Türkiyə saatı ilə 14.00-da davam etdiriləcəyi xəbərini versə də, İstanbulun hüquq-mühafizə orqanları bu qərarla razılaşmaq istəmirlər. Şəhər polisi təhlükəsizlik tədbirlərinin tam qurulması üçün oyunun daha gec saatda davam etdirilməsini istəyir. “NTV spor” telekanalı hazırda təhlükəsizlik xidməti orqanları ilə UEFA rəsmilərinin bu məsələylə bağlı müzakirələr apardığı xəbərini yayıb.
