Avropa Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.
Dünən keçirilən 24 oyundan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 18.625 xalı var.
Cədvəldə ən yaxın izləyicimiz dəyişib. “Ostersund”un qələbəsi sayəsində Şotlandiyanı keçən İsveç 23-cü pilləyə yüksəlib. İsveç cəmi 0.150 xal Azərbaycan geridədir.
Ümumilikdə isə siyahıda qonşulaırmızla vəziyyət belədi:
21. Rumıniya – 19.450
22. Azərbaycan – 18.625
23. İsveç – 18.475
24. Şotlandiya – 18.125
25. Bolqarıstan – 18.1250
