Çempionlar Liqasının 2017-ci il üçün gənclər yığması açıqlanıb
UEFA-nın tərtib etdiyi rəmzi komandada 24 yaşa qədər, il ərzində qitənin ən nüfuzlu klub turnirində çıxış edənlər yer alıb.
2017/18 mövsümündə yarışın qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın gənc oyunçuları isə UEFA-ya rəmzi komandada yer ala bilməyib.
Hərçənd, Azərbaycan çempionunun gənclərindən Mahir Mədətov 5, Coşqun Diniyevlə Ramil Şeydayev 2, Ağabala Ramazanov 1 matçda qrup həyəcanı yaşayıb.
Qapıçı: Ederson (“Benfika” və “Mançester Siti”);
Müdafiəçilər: Davinson Sançes (“Tottenhem”), Niklas Zule (“Bavariya”), Kiran Tirni (“Seltik”), Nelson Semedu (“Benfika” və “Barselona”);
Yarımmüdafiəçilər: Taliska (“Beşiktaş”), Marko Asensio (“Real”), Harri Uinks (“Tottenhem”);
Hücumçular: Dimitri Oberlin (“Bazel”), Kilian Mbappe (“Monako” və PSJ), Timo Verner (“Leypsiq”)
