UEFA-nın AVRO-2020 ilə bağlı son qərarı
23.04.2020 , 19:47

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AVRO-2020-nin adı dəyişilməyəcək.
Korner.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
UEFA Avropa çempionatının 60 illiyi səbəbindən (1960-2020) yarışın adının dəyişdirilməməsi ilə bağlı yekun qərara gəlib.
Təşkilat yarışın təxirə salındığı vaxta qədər bir çox material hazırlandığını və Avropa çempionatının adının dəyişdirilməsinin bu cür əşyaların məhv edilməsi anlamına gələcəyini vurğulayıb.
