UEFA-nın rəsmi saytında Avropa Liqasının qrup mərhələsinin “Rubin” – “Neftçi” oyunu öncəsi statistik yazı yer alıb.
Korner.az-ın məlumatına görə, bu, Avrokuboklarda Kazan təmsilçisinin “Neftçi” ilə ilk oyunu olacaq.
“Neftçi” UEFA turnirində bir dəfə "Rubin"lə üz-üzə gəlib.
2004/05 mövsümündə “Neftçi” Moskva SSKA-sı ilə qarşılaşıb. Azərbaycandakı görüş 0:0 hesabı ilə yekunlaşıb, Rusiyadakı matçda isə “hərbçilər” 2:0 hesabı ilə qalib gəliblər.
SSRİ dönəmində isə “Rubin”lə “Neftçi” bir neçə dəfə qarşılaşıblar. 1975 və 1976-cı illərdə hər iki komanda ümummittifaq çempionatının birinci dəstəsində dörd dəfə qarşılaşıblar. “Neftçi” üç oyunda qalib gəlib, bir görüş isə heç-heçə yekunlaşıb.:
5:2, 13 iyun, 1975, Bakı
4:2, 8 sentyabr, 1976, Bakı
1:1, 5 may, 1975, Kazan
2:1, 24 may, 1976, Kazan
