Çempionlar Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Hapoel” (Kiryat Şmona) oyununa hakim təyinatları açıqlanıb. Korner.az-ın məlumatına görə, UEFA Bakıdakı cavab qarşılaşmasına isveçli hakim Martin Stromberqssonu təyin edib. "Neftçi"nin taleyi avqustun 8-də "Dalğa Arena"da baş tutacaq cavab qarşılaşmasında məhz bu hakimə tapşırılıb.
35 yaşlı isveçli fit sahibi 2011-ci ildən FİFA referisidi.
Onu da qeyd edək ki, “Neftçi” və “Hapoel” arasında İsraildə keçiriləcək ilk oyun avqustun 1-də baş tutacaq və Bakı vaxtı ilə saat 21.30-da start götürəcək qarşılaşmanı irlandiyalı Alan Kelli idarə edəcək.
