Futzal üzrə UEFA kubokunun 2016/17 mövsümünün püşkatmasının vaxtı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, öz ölkəsinin çempionu olan klubların yarışının püşkü iyulun 7-də atılacaq.
İsveçrənin Nyon şəhərində təsnifat və seçmə mərhələlərinin qrupları müəyyənləşəcək. Tədbirdə Azərbaycan çempionunun yer alacağı qrupun komandaları da bəlli olacaq.
