İsveçrənin Nyon şəhərində Krım klublarının Rusiya çempionatında iştirakını təmin etmək üçün mühüm toplantı başlayıb.
Korner.az-ın məlumatına görə, UEFA prezidenti Mişel Platini, UEFA-nın baş katibi Canni İnfantino, UEFA İcraiyyə Komitəsinin üzvü Sergey Fursenko və UEFA-nın vitse-prezidenti Qriqori Surkisin iştirakı ilə keçirilən görüşdə Rusiya tərəfini Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx təmsil edir.
Qeyd edək ki, UKrayna Futbol Federasiyası UEFA-ya şikayətində üç Krım klubunun Rusiya çempionatında iştirakına müsbət cavab verdiyinə görə Rusiya Futbol İttifaqına maksimum sanksiya tətbiq olunmasını istəmişdi.
