UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Avropa Liqasında mübarizəni qrup mərhələsində dayandıran “Qarabağ” bir pillə geriləyərək 130-cü pillədə qərarlaşıb.
Son Azərbaycan çempionunun ehtiyatında 13,475 xal var. “Qarabağ”la yanaşı, mübarizəni qrup mərhələsində dayandıran “Qəbələ” isə mövqeyini qoruyub. “Qırmızı-qaralar” 5,225 xalla 253-cü pillədə qalıb. “Neftçi” isə 167-ci (9,725), “İnter” 246-cı (5,475) pillədədir.
