UEFA klublarımızın reytinq siyahısını təqdim edib
08.03.2019 , 18:32

Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra UEFA yeni reytinq siyahısını təqdim olunub.
Klublarımızın mövqeyində hər hansı dəyişiklik baş verməyib. 22.000 xal toplayan “Qarabağ” 69-cu sırada qərarlaşıb. 6250 xala sahib olan “Qəbələ” klubu 164-cü sıradakı mövqeyini qoruyub.. “Keşlə”, “Neftçi”, “Kəpəz” və “Zirə” isə 3.800 xala sahibdilər. Onlar ardıcıl olaraq 273-276-cı pillələri bölüşür.
