UEFA klublarımıza pul ödədi
04.09.2020 , 12:39

Avropa Liqasının seçmə mərhələsində çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Korner.az xəbər verir ki, Azərbaycan klublarından “Neftçi”, “Keşlə” və “Sumqayıt” hər biri 240 min avro əldə edib.
Qeyd: “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.
