UEFA İnkişaf turnirində növbəti oyun
25.03.2019 , 12:57

Şimali Makedoniyada təşkil UEFA İnkişaf turnirində növbəti görüşlər baş tutub.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Komandamız Səudiyyə Ərəbistanın müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub.
