UEFA futbolçulara əllə görüşməyi qadağan etdi
09.03.2020 , 11:15

UEFA koronavirus epidemiyasının geniş yayılmasına görə yeni qərar qəbul edib.
Qitə qurumunun bayrağı altında keçirilən bütün oyunlardan əvvəl futbolçuların əllə salamlaşması qadağan olunub.
Çempionlar Liqasında “Valensiya” – “Atalanta”, Avropa Liqasında “İnter” – “Xetafe” və “Kopenhagen” – “Başakşəhər” matçları azarkeşsiz keçiriləcək.
