UEFA Dieqo Simyone ilə bağlı qərarını açıqladı
07.03.2019 , 17:53

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Atletiko Madrid” klubunun “Yuventus” ilə görüşü zamanı qeyri-etik hərəkət edən meydan sahiblərinin baş məşqçisi Dieqo Simyone ilə bağlı qərar açıqlanıb.
UEFA-nın İntizam Komitəsi argentinalı baş məşqçinin hərəkətində hər hansı nöqsan tapmayıb. Lakin Simyone iyirmi min avro məbləğində cərimələnib. Beləliklə, 48 yaşlı çalışdırıcı cavab görüşündə də komandasının yanında olacaq.
Qeyd edək ki, Dieqo Simyone “Atletiko Madrid”in ilk qolundan sonra qeyri-etik sayıla biləcək hərəkəti ilə yadda qalmışdı.
