Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq bir neçə oyunun baş hakimi açıqlanıb.
Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran" "Sliema" səddini aşacağı təqdirdə İsrail “Makkabi”si ilə ilk qarşılaşmanın da referisi artıq bəllidir.
Hayfadakı görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Məsələ burasındadır ki, iyulun 18-də keçiriləcək qarşılaşma öncədən də deyildiyi kimi Lənkəranda yox, Hayfada keçiriləcək. Püşkə əsasən ilk oyun Lənkəranda keçirilməli idi. Lakin UEFA öz saytında yerləşdirdiyi oyunların cədvəlində israillilərin ilk matçda ev sahibliyi edəcəyini göstərib. Bununla da qurum meydan sahibinin dəyişməsi ilə bağlı qərar verdiyini nümayiş etdirib.
Bunu səbəb, Avropa Liqasındakı digər təmsilçilərimiz – “Qarabağ”la “İnter” də mərhələ adlayarsa, iyulun 18-də ilk oyunu evdə keçirəcək. Üstəlik, bundan 1 gün əvvəl “Neftçi” Çempionlar Liqasında öz meydanında çıxış edəcək.
