UEFA “Trabzonspor”a gözlədiyi şad xəbəri verib.
Korner.az-ın məlumatına görə, maddi sıxıntılar yaşayan “Bordo-mavilər”in hesabına bu gün UEFA tərəfindən pul köçürülüb. Belə ki, “Trabzonspor”un UEFA müsabiqələrində əldə etdiyi 4 milyon 400 min avro klubun hesabına göndərilib.
Qeyd edək ki, son günlərdə maddi problemlərlə üzləşən “Trabzonspor” rəhbərliyi bu pulu transfer planlarını həyata keçirmək üçün istifadə edəcəyini açıqlayıb.
