UEFA İcraiyyə Komitəsi klubların Avropa Liqasına qatılmaq şərtlərində dəyişiklik edib.
Korner.az-ın məlumatına görə, Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantıda verilən qərara görə, ölkə çempionu olan komanda eyni zamanda kuboku da qazanarsa, Avroliqaya kubok finalçısı qatılmayacaq. Bu komandanın əvəzinə çempionatdakı sıralanmaya uyğun klub seçiləcək.
Qeyd edək ki, verilən qərar 2015/2016-cı il mövsümündən qüvvəyə minəcək.