UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün bəzi dəyişikliklər edəcək.
Korner.az-ın qrumun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasını qalib başa vurmuş komanda ÇL-də mübarizəyə indiki kimi pley-off-dan yox, birbaşa qrup mərhələsindən qoşulacaq.
Bundan başqa, qitənin ən nüfuzlu klub turnirində bəzi oyunların keçirilmə vaxtı dəyişdiriləcək. Yeni qərara əsasən, eyni gündə keçiriləcək qarşılaşamlardan ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da başlayacaq.
