UEFA-dan Stuxlikə təyinat
14.02.2019 , 14:31

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq turnirə təyinat alıb.
Martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru Stuxlik olacaq.
Qeyd edək ki, 3-cü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq.
