UEFA Nizam-İntizam Komitəsi danışılmış oyunlarda adları hallanan “Fənərbaxça” və “Beşiktaş”la bağlı son qərarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, qəbul olunan qərarə əsasən “Beşiktaş” 1, “Fənərbağça” isə 2+1 illik avrokuboklardan kənarlaşdırıb.
Ali qurumun qərarına etriaz edən hər iki klub Beynəlxalq İdman Arbitraj məhkəməsinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, UEFA-nın verdiyi qərarların yerinə yetirələcəyi təqdirdə Türkiyədən Çempionlar Liqasına “Bursaspor”, Avropa Liqasına isə “Kayserispor” və “Kasımpaşa” gedəcək.