UEFA Rusiya millisini cəzalandırıb. Korner.az-ın məlumatına görə, buna rus fanatlarının 2012-ci il Avropa çempionatında davranışı səbəb olub. Qaydalar yenidən pozulsa, şimal qonşularımızı 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinə -6 xalla başlama cəzası gözləyir.
Qeyd edək ki, RFİ-yə cəzalar Avropa çempionatında Rusiya millisinin Çexiya ilə oyunu zamanı Polşanın Vrotslav şəhərindəki stadiona fayer atılması, azarkeşlərin yolverilməz davranışı və qadağan olunmuş bannerlərin nümayişi ilə əlaqədar verilib. Eyni hallar 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin sonunadək təkrarlansa, Rusiya yığmasının hesabından 6 xal silinəcək.
