UEFA-dan Rauf Cabbarova təyinat
31.08.2021 , 17:08

FİFA referisi Rauf Cabarov təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək İsveçrə – Cəbəllütarıq qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.
