UEFA-dan Rauf Cabarova təyinat
04.10.2021 , 12:23

Azərbaycanlı FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Çexiya matçının baş hakimi olacaq.
Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, görüş oktyabrın 7-də keçiriləcək.
